RU

Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Избранный
18
20
modern.az

10Источники