RU

Tokayev Rusiyaya rəsmi səfərə gedir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək.

 

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

 

Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək.

 

"Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - məlumatda qeyd edilib.

 

Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videokonferans formatında müraciət edəcəkləri də planlaşdırılır.

Избранный
22
6
senzor.az

10Источники