RU

Sarkozi həsxanadan çıxa bilər

AzVision.az xəbər verir ki, “BFMTV” telekanalının məlumatına görə, onun azadlığa buraxılması şərti kimi prokurorlar Sarkozinin qarşısında 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi işi üzrə digər müttəhimlərlə əlaqə saxlamağın qadağan edilməsi şərtini qoyub.

“Sövdələşmə və şahidlərin hədələnməsi riskləri məhkəmə nəzarəti tələbinə haqq qazandırır”,- “Liberation” nəşri Nikolya Sarkozinin azadlığa buraxılması tələbinin təmin olunmasını xahiş edən prokuror Damyen Bründən sitat gətirir.

Sarkozinin nümayəndəsi Kristof Enqren də məhkəmədəsində həbsin Fransanın sabiq prezidenti üçün təhlükə yaratdığını iddia edib. Vəkilin sözlərinə görə, məhz bu baxımdan, təyiniki silahlı polis gecə-gündüz Sarkozini mühafizə edirlər.

Nikoyla Sarkozi məhkəmə iclasında La-Sante həbsxanasından videobağlantı vasitəsilə iştirak edib. “Le-Parisien” qəzeti həbsxanada keçirdiyi vaxtın onun“çox çətin”“üzücü”olduğunu yazıb.

Sarkozi habsxanaya yollanıb| VİDEO
Sarkozi, öz növbəsində,“bu kabusu dözümlü edən”həbsxana işçilərinə ehtiramını bildirib.

Paris Apellyasiya Məhkəməsi sabiq prezidentin mümkün azadlığa buraxılması ilə bağlı qərarını Bakı vaxtı ilə 16:30 açıqlayacaq.

Xatırladaq ki, Sarkozinin həbs cəzasını sentyabr ayında Paris məhkəməsi elan edib. Keçmiş Fransa prezidenti Liviya hökuməti tərəfindən 2007-ci il seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirli bilinib və cəzası şərti olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sarkozi faktiki şəkildə oktyabrın 21-də həbs edilib. Həbs müddəti ilə yanaşı, məhkəmə keçmiş prezidenti 100 min avro cərimələyib və ona beş il müddətinə dövlət vəzifəsində işləməyə qadağa qoyub. Siyasətçiyə yaxın mənbələrə istinad edən “Le Point” nəşrinin yazdığına görə, bir çox məhbus yoldaşlarının düşmənçiliyi səbəbindən Sarkozi həbsxana yeməklərindən imtina etmək qərarına gəlib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
12
azvision.az

1Источники