RU

Məhkəmə Sarkozini həbsdən azad edib

Məhkəmə Fransanın sabiq prezident Nikolas Sarkozini  nəzarət altından həbsdən azad edib.

Ölkə.az  xəbər verir ki, bu barədə LCİ telekanalı məlumat yayıb.
Verilən məlumata görə, Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsinə qərar verib. 
 Qeyd edək ki, Paris məhkəməsi Fransanın  70 yaşlı keçmiş prezidenti Nikolas Sarkozini 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya  lideri Müəmmər Qəzzafidən milyonlarla avro alınmasında təqsirli bilərək barəsində 5 il müddətinə azadlıqdan məhrum etmək barədə qərar verib.
Barəsində həbs qərarı çıxan Sarkozi həyat yoldaşı model Karla Bruninin müşayiəti ilə həbsxanaya gedib. Sabiq prezidenti onun vəkillərindən biri Kristof Enqrin də müşayiət edib.

Mürtəza

Избранный
30
2
olke.az

3Источники