CƏLİLABAD, 10 noyabr. TELEQRAF
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, hadisə Ələt–Astara avtomobil yolunun 87-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Kia” markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müayinə olunublar.
Faktla bağlı araşdırma aparılır.