RU

Cəlilabadda ağır qəza -

Cəlilabadda avtomobil aşıb, üç nəfər xəsarət alıb.Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun 87-ci km-də qeydə alınıb. Belə ki, "KİA" markalı minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.TƏBİB-dən bildirilib ki, bu gün saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1 kişi, 2 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
43
3
metbuat.az

4Источники