RU

Suraxanı rayonunda oğurluq edən şəxs saxlanılıb

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.

SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.

Избранный
23
21
sia.az

10Источники