RU

Qubada qohumu 34 yaşlı kişiyə balta ilə xəsarət yetirib

Quba rayonunun Çartəpə kəndində qohumlar arasında yaranan münaqişə davaya çevrilib.

APA-nın Şimal bürosu xəbər verir ki, Çartəpə kənd sakini 34 yaşlı Kamran Rüstəmova yaşadığı evdə qohumu 43 yaşlı G.Nəcəfova balta ilə xəsarətlər yetirilib.

K. Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Hadisənin torpaq sahəsinə görə düşən mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
54
2
apa.az

7Источники