RU

Heç kim Ərdoğanın əleyhinə danışmır, çünki... KİV

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin özünəməxsus geosiyasi mövqeyi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən Avropada gündəm etdi. Çünki Ərdoğan hər dəfə bir addım öndə olmağı bacarır.

Axar.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” dərgisində dərc edilən “Yeni dünya düzəni” adlı məqalədə bildirilib.

Məqalədə Türkiyənin Avropa ilə Asiya arasında körpü rolu vurğulanıb, miqrasiya axınına nəzarət etmək qabiliyyəti, ordusunun böyüklüyü və müdafiə sənayesindəki uğurları da qeyd edilib.

Bundan başqa, Ərdoğanın həm Rusiya, həm də Ukrayna ilə dialoquna və Qəzza məsələsindəki roluna da yer verilib:

“Ərdoğan özünü necə vazkeçilməz edəcəyini bilir. Artıq heç kim Ərdoğanın əleyhinə danışmır. O, əvvəlkindən daha güclüdür. O, Ukraynada, Qəzzada və qlobal böhranlarda əsas aktora çevrilib. Biz tənqid etdiyimiz hər mövzuda uğursuzluğa düçar oluruq. Artıq insan haqları və demokratiya kimi məsələləri qaldırsaq da, o da bir işə yaramır. Bu məsələlər köhnəlmiş sayılır və heç kimin də vecinə deyil”.

Qeyd edək ki, sözgedən dərgi daha əvvəl Türkiyə hakimiyyəti əleyhinə yazılar dərc edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
axar.az

1Источники