Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Artan yağış və ev daxilində yaranan buxarın səbəb olduğu kif problemi divarların rütubətlənməsinə gətirib çıxarır.
Milli.Az xəbər verir ki, rütubətlənən divarın daxili qatında kif əmələ gəlir və vaxtında təmizlənmədikdə bu kif bütün divara yayıla bilər.
Məlumata görə, divardakı kiflənmələr həm gigiyena, həm də sağlamlıq baxımından zərərli olduğu üçün tez bir zamanda təmizlənməlidir.
Divarda əmələ gələn kif və rütubəti aradan qaldırmaq üçün istifadə edilə biləcək bəzi təbii üsullar mövcuddur:
Sirkə: Sirkə, kif əmələ gətirən göbələk sporlarını məhv etməkdə olduqca təsirlidir. Sprey şüşəsinə təmiz sirkə töküb kifli sahəyə püskürdün. Təxminən bir saat gözlədikdən sonra nəm parça ilə silin. Lazım gələrsə, prosesi bir neçə gün ara ilə təkrarlayaraq qalıcı nəticə əldə edə bilərsiniz.
Soda məhlulu: Yemək sodası kif qoxusunu neytrallaşdırır və səthi yüngülcə təmizləyir. Bir litr ilıq suya 2 yemək qaşığı soda əlavə edib qarışdırın. Bu məhlulu kifli səthə püskürdün və ya süngərlə çəkin. Quruduqdan sonra nəm parça ilə silin.
Çay ağacı yağı: Çay ağacı yağı güclü təbii göbələkəleyhinə maddədir. Sprey şüşəsində 2 stəkan suya 1 çay qaşığı çay ağacı yağı əlavə edin. Kifli səthə püskürdün və yuyulmadan qurumağa buraxın. Bu üsul kifin yenidən yaranmasının da qarşısını alır.
Limon suyu və duz: Limonun turşulu tərkibi kifi həll edir, duz isə yüngül aşındırıcı təsiri ilə səthi təmizləyir. Bir neçə limonun suyuna 1 yemək qaşığı duz əlavə edib qarışdırın. Qarışığı kifli hissəyə çəkin, 15-20 dəqiqə gözləyin və sonra nəm parça ilə silin. Daha sonra səthi havalandıraraq qurudun.
Mina Mikayılova
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.