RU

Zaqatalada qardaşı oğlunun əmlakını yandırmaqda şübhəli bilinən əmi saxlanılıb VİDEO

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatala, 10 noyabr, AZƏRTAC

Zaqatalada ailə münaqişəsi yenidən yanğınla nəticələnib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə dünən axşam saat 23:00 radələrində rayonun Bəhmətli kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Araz Ərşadoğluna məxsus evin həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 12 kvadratmetr olan yardımçı tikilidə yanğın baş verib.

Hadisə yerinə cəlb olunan Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüblər. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi məlum olub.

Məlumata görə, zərərçəkən Araz Ərşadoğlu ilə əmisi - 61 yaşlı İlham Məmmədov arasında uzun müddətdir ki, torpaq sahəsinə görə mübahisə gedir. Qohumlar arasında yaranan narazılıq zəminində İlham Məmmədovun qardaşı oğluna məxsus yardımçı tikilini yandırdığı bildirilir.

Qeyd edək ki, keçən il də Araz Ərşadoğlunun yaşadığı ev müəmmalı şəkildə yanıb. Dünən isə ailənin əşyalarını yığdıqları yardımçı tikili alovlanıb.

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
5
azertag.az

6Источники