RU

Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Modern.az xəbər verir ki, APA-nın məlumtalan görə, toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.Artıq ölən və yaralananların kimliyi də məlum olub.

Belə ki, qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
5
modern.az

10Источники