RU

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? SİYAHI

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin ilk 9 ayı ərzində turizm məqsədilə xarici ölkələrə səfər edən 15 yaşından yuxarı Azərbaycan vətəndaşlarının sayı 852 min 331 nəfər olub.

Valyuta.az xəbər verir ki, xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı 3 min 80 nəfər təşkil edib.

Qeyd edək ki, işsiz şəxslərin ən çox səfər etdiyi ölkə Gürcüstan olub. Hesabat dövründə bu ölkəyə 1 477 nəfər işsiz vətəndaş səfər edib.

İşsizlərin daha çox üz tutduğu ikinci ölkə Rusiya olub – 525 nəfər. Üçüncü yerdə isə Qazaxıstan qərarlaşıb. Bu ölkəyə 450 nəfər işsiz səfər edib.

İşsiz Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist kimi səfərlərinin statistikası aşağıdakı kimidir:

Gürcüstan – 1 477 nəfər

Rusiya – 525 nəfər

Qazaxıstan – 450 nəfər

BƏƏ – 138 nəfər

Çin – 117 nəfər

Moldova – 85 nəfər

Belarus – 55 nəfər

Polşa – 53 nəfər

Özbəkistan – 44 nəfər

İran – 38 nəfər

Avstriya – 28 nəfər

İsrail – 20 nəfər

Hindistan – 10 nəfər

Lüksemburq – 3 nəfər

Niderland – 2 nəfər

Digər ölkələr – 35 nəfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
2
qaynarinfo.az

3Источники