RU

Azəristiliktəchizat niyə köhnə rejimlə işləyir?

ain.az, Adelet.az saytına istinadən bildirir.

Sovet dönəmindən belə bir ənənə qalıb ki, binalara istilik noyabrın 15- də verilir. Bu isə birmənalı olaraq o istilikdən istifadə edənlərin böyük narazılığına səbəb olub.

Amma buna baxmayaraq, neçə illər keçsə də, binalara istiliyin verilməsi vaxtı dəyişdirilməyib! Görünən odur ki, bu il də məlum qurum köhnə qrafiklə işləyəcək! Həmişə yeni mövsüm gələndə insanlar böyük ümidlə gözləyirlər ki, bəlkə noyabrın 1-dən istilik verilə, amma biz bunun əksini görürük! İstiliyin qiyməti iki dəfə bahalaşıb.

Yəni əvvəllər bir kvadratmetrə görə 15 qəpik ödəniləirdi, ancaq bu mövsümdən 45 qəpik veriləcək! Belə olan halda gərək əhaliyə yüksək temperaturda istilik verilə. Lakin bilmək olmur ki, iki dəfə qiymət artımından sonra yüksək istilik veriləcək, yoxsa verilməyəcək? Bunu istiliyin verilməsi zamanı əhali biləcək.

Ancaq birinci dəfə qiymət artımından sonra mənzillərə verilən istiliyin tempraturu bir o qədər də yaxşı deyildi! Əgər istiliyin qiyməti iki dəfə artıbsa, ona da " Azəristiliktəchizat" da zəhmət  çəkib , əhaliyə yüksək temperaturda istilik verməlidir. Və bir də mənzillərə istilik noyabrın 15- deyil, 1- də verilməli, aprelin 30- a qədər bu proses davam etməlidir! Əgər qiyməti qaldirmısansa, onda xidmətin keyfiyyətini da artırmalısan!

Emil Faiqoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
1
adalet.az

2Источники