RU

Belçikada atom elektrik stansiyasının üzərində naməlum PUA lar göründü YENİLƏNİB

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Belçikanın "Dul" Atom Elektrik Stansiyasının (AES) üzərində beş PUA müşahidə olunub.

Avtosfer.az-ın "Belga" agentliyinə istinadən xəbərinə görə, bu barədə "Engie" enerji şirkətinin nümayəndəsi məlumat verib.

"Əvvəlcə üç PUA aşkar etdik, lakin sonra onların beş olduğunu gördük. Dronlar təxminən bir saat havada qaldılar. Baş verən hadisə stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib", - enerji şirkətinin nümayəndəsi bildirib.

***

Belçikanın "Dul" Atom Elektrik Stansiyasının (AES) üzərində üç PUA müşahidə olunub.

Avtosfer.az-ın "Belga" agentliyinə istinadən xəbərinə görə, bu barədə "Engie" enerji şirkətinin nümayəndəsi məlumat verib.

"Baş verən hadisə stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib. Müvafiq xidmətlər vəziyyətə nəzarət edir" - deyə, enerji şirkətinin nümayəndəsi bildirib.

Pilotsuz uçuş təyyarələri Lyej hava limanında uçuşların təxminən yarım saat dayandırılmasına da səbəb olub.

Xəbərdə qeyd edilir ki, Belçikada oxşar hadisələr noyabrın əvvəlindən tez-tez baş verir. Hələlik müşahidə olunan dronların vurulması istiqamətində heç bir cəhd edilməyib. PUA-ların kimliyi ilə bağlı dəqiq məlumat da yoxdur. Belçika Müdafiə Nazirliyi Böyük Britaniya ordusunu müşahidə edilən dronlara qarşı mübarizədə köməklik göstərməyə dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
avtosfer.az

1Источники