RU

Şəkidə yaşayış evi yandı

Şəkidə yaşayış evi yanaraq külə dönüb. 

"Unikal" xəbər verir ki, yanğın Şəki şəhəri Bağbanlar küçəsində yaşayan 1960-cı il təvəllüdlü Hüseynova Kəmalə Bəlyar qızına məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Şəki DYMH-nin texnikaları cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan fərdi yaşayış evinin yanar konstruksiyaları və icərisindəki əşyaları tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli

Избранный
55
2
unikal.az

4Источники