RU

BDYP: Səs siqnallarından 2 halda istifadə etmək olar

ain.az bildirir, Sherg.az portalına istinadən.

Gürcüstanda avtomobillərlə bağlı səs-küy qaydaları sərtləşdirilir.

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Ekspert qeyd edib ki, 1 yanvar 2026-cı ildən etibarən səs-küy həddini aşan sürücülərə qarşı daha ciddi cərimələr tətbiq olunacaq.

Yeni cərimə məbləğləri belədir: İlk pozuntu 100 lari (62,86 azn), təkrar pozuntu 200 lari (125,71 azn), eyni il ərzində sonrakı hər pozuntu üçün 300 lari (188,57 azn) cərimə tətbiq olunacaq. 

Qaydanın tətbiqi əvvəlcə 2024-cü il üçün nəzərdə tutulmuşdu, lakin sürücülərə uyğunlaşma müddəti verildiyindən qərar 2026-ya keçirilib.Gürcüstan DİN bildirir ki, sakinlərin müraciətləri nəzərə alınacaq və desibel həddini aşan nəqliyyat vasitələri xüsusi reydlərlə yoxlanılacaq. Qeyd edək ki, bizim ölkədə avtomobil sürücülərinin lazımsız yerə səs-küy yaratması halları həddini çox aşıb.

DİN Baş Dövlət Yol Polisi İdarəsindən "Sherg.az"a bildirilib ki, bəzi sürücülər xüsusən yaşayış məskənlərinə yaxın ərazilərdə səs siqnallarından lüzumsuz yerə istidafə edir.

-Bu qanuna ziddir, eyni zamanda sakinlərə və hərəkətin digər iştirakçılarına narahatlıq yaradır. Səs siqnallarından 2 halda istifadə etmək olar: yol-nəqliyyat qəzalarından yayınmaq və ötmə əməliyyatına ehtiyac yarandıqda. Digər hallarda səs siqnallarından istifadə etmək inzibati məsuliyyət yaradır. Avtomobillərə əlavə səsgücləndiricilər quraşdırmaq da qadağandır. BDYP əməkdaşları belə hallar aşkarladıqda qanunamüvafiq tədbirlər görür. BDYP hər bir yol hərəkəti iştirakçısından qanunun tələblərinə riayət olunmasını tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
sherg.az

1Источники