ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
"Apple” illərdir davam etdirdiyi "iPhone" təqdimat dövriyyəsini dəyişməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, şirkətin 2025-ci ilin sentyabrında təqdim etməyi planlaşdırdığı "iPhone 18” seriyası, bu ənənəni kökündən dəyişəcək. Yeni strategiya yalnız texnoloji baxımdan deyil, həm də satış siyasəti baxımından mühüm yeniliklər gətirəcək.
Əvvəlki iddialarda "iPhone 18” seriyasının təqdimatında yalnız "Pro” modellərin yer alacağı, əsas modelin isə daha sonra satışa çıxarılacağı bildirilmişdi. "Digital Chat Station” mənbəsinin son paylaşımına görə, bu məlumatlar indi daha da dəqiqləşib.
İddialara əsasən, qarşıdakı payızda dörd premium model təqdim olunacaq: "iPhone Air 2”, "iPhone 18 Pro”, "iPhone 18 Pro Max” və uzun müddətdir gözlənilən "iPhone Fold”. Standart "iPhone 18” modelinin satışa çıxarılması isə daha uyğun qiymətli "iPhone 18e” versiyası ilə birlikdə 2027-ci ilin yazına təxirə salınacaq.
Bu addım "Apple”ın istifadəçiləri daha bahalı modellərə yönəltmək strategiyasının bir hissəsi kimi dəyərləndirilir.
"Digital Chat Station”un məlumatına görə, "Apple” "Face ID” sensorlarını yerləşdirən "Dinamik Ada” (Dynamic Island) hissəsinin ölçüsünü kiçiltməyi planlaşdırır. Şirkət bu dizaynı ilk dəfə 2022-ci ildə "iPhone 14 Pro” modelində təqdim etmişdi.
Yeni nəsildə "Dinamik Ada”nın daha kompakt hala gətirilməsi, bəzi sensorların ekran altına yerləşdirilə biləcəyi ehtimalını gündəmə gətirir. Hərçənd mənbə bu barədə konkret məlumat paylaşmayıb. Daha əvvəlki hesabatlarda da "Apple”ın çentiği tamamilə aradan qaldırmaq istiqamətində addımlar atdığı bildirilmişdi.
Tasarım baxımından ən maraqlı iddia isə "iPhone 18 Pro” modellərinin arxa hissəsində yer alacaq şəffaf komponentdir. Şirkət indiyə qədər heç bir iPhone modelində bu dizayn elementindən istifadə etməyib.
Mənbələrə görə, bu şəffaf detal "Apple”ın yeni paslanmaz polad buxar kamerası texnologiyasını və digər daxili soyutma sistemlərini nümayiş etdirmək məqsədi daşıya bilər.
Texnologiya ekspertləri bu dəyişiklikləri "Apple”ın gələcək nəsil "iPhone"larda həm dizayn, həm də istifadə təcrübəsi baxımından yeni bir dövrə keçid cəhdi kimi qiymətləndirirlər. Şirkət uzun illərdir "iPhone" modellərində əsaslı dizayn dəyişikliyi etmədiyi üçün "iPhone 18” seriyası ilə "ezberi bozmaq” niyyətindədir.
Yeni cihazların təqdimatı ilə bağlı daha ətraflı məlumatların 2025-ci ilin ortalarından etibarən ortaya çıxması gözlənilir.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.