RU

Məhkəmə Sarkozinin şərti azadlığa buraxılmasına qərar verdi

Məhkəmə Sarkozinin şərti azadlığa buraxılmasına qərar verdi

Fransada “Liviya işi” çərçivəsində cinayətkar qrup yaratmaq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən və 20 gündür həbsxanada saxlanılan sabiq prezident Nikola Sarkozinin şərti azadlığa buraxılmasına qərar verilib.

Fransa mətbuatının məlumatına görə, Paris Apellyasiya Məhkəməsində keçirilən iclasda Respublika Prokurorluğu 21 oktyabrda La Sante Həbsxanasına yerləşdirilən Sarkozinin şərti azadlığa buraxılmasını tələb edib.

Məhkəməyə videokonfrans vasitəsilə qoşulan Sarkozi hökm çıxarıldığı “Liviya işi” ilə bağlı irəli sürülən ittihamları bir daha rədd edib və həbs şəraitinin çətin olduğunu bildirib.

Prokurorluğun təqdimatından sonra məhkəmə Sarkozinin şərti azadlığa buraxılmasına qərar verib.

Bundan əlavə, məhkəmə qərarına əsasən Sarkoziyə ədliyyə naziri Jerald Darmanenlə əlaqə saxlamaq qadağan olunub.

Sarkozinin bu gün həbsxanadan çıxacağı gözlənilir.

Избранный
31
afn.az

1Источники