RU

Qaydaları pozan sürücülər...

Hər bir hər hərəkət iştirakçısı, o cümlədən sürücülər yol hərəkəti qaydalarına əməl etməlidir. Əlbəttə, qanuna əməl edənlər də var, əməl etməyənlər də! Heç şübhəsiz ki, qanunu pozan sürücülər inzibati məsuliyyətə cəlb olunurlar. Bakıda da bir qayda olaraq yol polisi hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər həyata keçirir.Əlbbətə , bu cür tədbirlərin görülməsi baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5- ci tağımının  əməkdaşları öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Belə ki, onlar xidmət apardıqları küçə və prospektlərdə kobud qayda pozuntularına qarşı birmənalı olaraq ciddi mübarizə aparır, sərxoş, avtoxuliqan, eləcə də işıqforun qırmızı işığında keçən, başqa hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülərə qarşı qabaqlayıcı tədbirlər görürlər! Bu isə o deməkdir ki, 5- ci tağımın  əməkdaşlarının gözündən heç bir şey yayınmır.

5- ci tağımın  komandiri, polis mayoru Nurlan Əliyev çox peşəkar və bacarıqlı bir polis zabitidir. N. Əliyev deyir ki, əməkdaşlarımız sutkanın qaranlıq və gündüz saatlarında işləməsindən asılı olmayaraq tapşırılan işə məsuliyyətlə yanaşırlar! Dövlət tədbirlərindən tutmuş, digər məsələlərə qədər bütün bizi tapşırılan vəzifələr daim diqqət mərkəzində saxlanılır.Artiq dayanacaqların zəbt olunmasının qarşısı alınıb.

Dayanma, durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb edilir. Bir sözlə, xidmət apardığımız avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilə bütün qabaqlayıcı tədbirlər həyata keçiririk. Amma gərək sürücülər də , bizim tövsiyələrimizə əməl etsinlər. Belə olanda heç şübhəsiz ki, onlar inzibati məsuliyyətə cəlb edilməyəcəklər!

Emil Faiqoğlu  

Избранный
25
1
adalet.az

2Источники