Türkiyənin "Eyüpspor" futbol komandasının prezidenti və 3 futbol hakimi həbs edilib.
APA xəbər verir ki, mərc qalmaqalı ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyənin Birinci Liqa klublarından “Eyüpspor”un prezidenti Murat Özkaya və 3 hakim həbs edilib.
İstintaq orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir.