
Hindistanın paytaxtı Yeni Dehlidə partlayış baş verib.
Yerli medianın məlumatına görə, partlayış avtomobildə baş verib. Partlayış zamanı ətraf əraziyə ciddi zərər dəyib. Hadisə nəticəsində azı 8 nəfər ölüb, 3-ü ağır olmaqla 8 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə polis və fövqəladə hallar xidmətləri cəlb olunub, araşdırma aparılır.