Filippində "Funq-Vonq" super qasırğası nəticəsində ən azı səkkiz nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Təxminən 1,4 milyon insan əvvəlcədən təxliyə edilib.
"Funq-Vonq" super qasırğası Filippinin şimal-şərq hissəsini bazar günü çatıb. Hazırda super qasırğa Çinə yaxınlaşır. Çin hökuməti əhalini mümkün təxliyəyə hazır olmağa çağırıb.