RU

Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsdən azad edilib

Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin həbs cəzasını məhkəmə nəzarəti ilə əvəzləyib.

Sitat.info BFM TV-ə istinadən xəbər verir ki, qərara əsasən, 70 yaşlı Sarkozi ayağına elektron qolbaq taxacaq.

Bildirilib ki, onun işi üzrə təqsirləndirilən və şahid qismində çıxış edən şəxslərlə əlaqə saxlaması qadağan olunur.

Məhkəmə prokurorluğun vəkillərin apellyasiya müraciətinə dair vəsatətini təmin edib. Beləliklə, keçmiş prezident cəzasının bir hissəsini çəkdikdən – təxminən üç həftə həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Qeyd edək ki, keçmiş prezident seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə görə beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Избранный
18
3
sitat.info

4Источники