RU

Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq“

“Konyada keçirilən V İslam Oyunlarında qazandığımız 29 qızıl medalı bu yarışda da geridə qoyacağımıza inanıram”.

Bunu Apasport.az saytının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşına açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

O, cüdo millimizi İslamiadada çempion olması münasibətilə təbrik edib:

“Ümumiyyətlə, bizim cüdoçularımız İslam Oyunlarında hər zaman çox yaxşı çıxışları ilə yadda qalırlar. Mən hesab edirəm ki, bu gün biz möhtəşəm bir qələbənin şahidi olduq. Azərbaycan cüdo yığması çempion oldu. Onlar çox güclü hesab edilən Özbəkistan millisini 4:0 hesabı ilə məğlub etdilər. Bu nəticə bir daha göstərdi ki, Azərbaycanda cüdo yüksək səviyyədə inkişaf edir və ölkəmiz ümumdünya cüdo aləmində tanınmaqda davam edir”.

Vitse-prezident həmçinin İslam Oyunlarının qarşıdakı günlərində medal sayımızın daha da yüksələ biləcəyini vurğulayıb:

“Yarışların hələ üçdə biri başa çatıb. Qarşıda bizi böyük yarışlar gözləyir. Güləşçilərimiz hələ İslam Oyunlarında çıxış etməyiblər. Digər döyüş növlərində də idmançılarımızın mübarizəsi qarşıdadır. İnanıram ki, Azərbaycan cüdoçuları İslam Oyunlarını maksimum sayda medalla başa vuracaqlar. Bir daha cüdoçularımızı bu möhtəşəm çempionluq münasibətilə təbrik etmək, həmçinin Cüdo Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Bu, doğrudan da böyük bir qələbədir. Medal sayını artırmaq üçün hələ çox şansımız var”.

Qeyd edək ki, Azərbaycan cüdo üzrə millisi İslam Oyunlarını birinci sırada tamamlayıb.

VI islam həmrəylik oyunlarının açılış mərasimi başlayıb

İdmançımız dünya çempionatında 2 medal qazanıb

Paralimpiyaçımızdan dünya çempionatında bürünc medal

İdmançılarımız dünya çempionatında çıxış edəcəklər

Oskar Piastri: “Bakı mənim üçün xüsusi trekdir”

Избранный
50
1
apasport.az

2Источники