Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Belə ki, rayon ərazisində yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.
Bizim.Media