RU

Dehlidə partlayış – 13 ölü, 24 yaralı

Hindistanın paytaxtı Dehlidə yerləşən tarixi Qırmızı Qala yaxınlığında avtomobil partladılıb.

Doğru.az xəbər verir ki, hadisə nəticəsində 13 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.

Rusiya səfirliyindən TASS-a verilən məlumata görə, ölən və yaralananlar arasında rus vətəndaşları yoxdur.
“İlkin məlumatlara əsasən, ölən və yaralananlar arasında ruslar yoxdur”, – səfirlikdən bildirilib.

Diplomatik nümayəndəlik əlavə edib ki, Rusiya diplomatları Hindistanın xüsusi xidmət orqanları ilə daimi əlaqə saxlayır.

Hazırda Dehli metrosu, hökumət binaları və hava limanı yüksək hazırlıq vəziyyətinə gətirilib.

Partlayışın səbəbi hələlik məlum deyil.

DOĞRU.AZ

Избранный
36
1
dogru.az

2Источники