RU

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə bu üç abidədən biri ucaldılacaq - FOTO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin düşdüyü ərazidə yeni abidə ucaldılacaq.

Bu barədə Teleqraf-ın Qərb bürosuna təyyarə qəzasında vafat edən Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.

"Bizə ölkəmizin Qazaxıstandakı Səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksi təxminən hadisənin il dönümü ərəfəsində olacaq".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Həmin fotoları təqdim edirik:

Избранный
33
20
musavat.com

10Источники