Qazaxıstan Ermənistana ayda 15-20 min ton ərzaq taxılı tədarük etməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi bəyan edib.
Qeyd olunur ki, Qazaxıstan buğdasının sabit tədarükündə maraqlı olan erməni tərəfdaşlarla danışıqlar aparılır. Gələcəkdə İrəvana taxıl daşımalarının həcmi arta bilər.
Qeyd edək ki, 35 illik fasilədən sonra ilk dəfə olaraq noyabrın 6-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 1000 ton rus buğdası daşınıb. Noyabrın 7-dən 8-nə keçən gecə Qazaxıstan buğdası da Azərbaycanın tranzit marşrutu ilə Ermənistana çatıb.