RU

Paşinyan ordunun modernləşdirilməsi ilə bağlı HƏRBİ MÜŞAVİRƏ keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ordunun yenilənməsi və Silahlı Qüvvələrin inkişafı məsələlərinə həsr olunmuş hərbi müşavirə keçirib.

Musavat.com xəbər verir ki, müşavirə zamanı ordunun davamlı şəkildə modernləşdirilməsi, bu istiqamətdə atılan addımlar və əldə olunan nəticələr müzakirə olunub.

Paşinyan bildirib ki, ordunun modernləşdirilməsi ölkə üçün prioritet istiqamətdir və bu sahədə ardıcıl işlərin aparılması vacibdir.

Toplantıda həmçinin Silahlı Qüvvələrin inkişaf strategiyası, yeni təhlükəsizlik mühiti, idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
1
olaylar.az

2Источники