RU

"Sənətçilərin övladları əzilirlər"

"Övladlarım məni sadəcə ana kimi tanıyırlar. Qulaqdanduyma bilirlər ki, müğənniyəm".

Ölkə.Az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova ARB TV-də yayımlanan "Mədəni şou" proqramında ona ünvanlanan suala cavab verərkən deyib.

Müğənni Zamiq Hüseynovun səsləndirdiyi sual isə "Övladlarınız sizi sənətçi kimi tanıyır, yoxsa sənətçi kimi?" olub. 

"Uşaqları uzaq tutmaq böyük bir güc tələb edir. Bunun üçün səy göstərirəm ki, səhnə həyatımla uşaqlarım iç-içə olmasınlar. Səhnədə olan insanların övladlarının 99 faizi böyük hədəflərə çata bilmirlər, əzilirlər. Ona görə də onlara sadəcə olaraq bir şeyi deyirəm: atan gördüyü işdə çox gözəl yerə gəlib, uğur qazanıb. Mən də öz işimdə uğur qazanmışam. Sənin də görəcəyin işdə özün öz adınla bir yerlərə gəlməni istəyirəm. Əsla istəmərəm uşaqlarım mənim kölgəmdə qalsınlar". 

Избранный
21
1
olke.az

2Источники