RU

Türkiyədə mərc oyunlarında iştirak edən futbolçuların adı açıqlanıb - "Qalatasaray" və "Beşiktaş"dan da var

Türkiyənin Futbol Federasiyası Peşəkar Liqa ilə bağlı araşdırması çərçivəsində mərc oyunlarında iştirakı müəyyən edilən 1 024 oyunçunun adını açıqlayıb və bununla bağlı siyahını Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib.

BAKU.WS-in yerli mediaya istinadən verdiyi xəbərə görə, onlardan 600 nəfərə yaxını istintaqa cəıb olunub.

Məlumata görə dindirilməyə çağırılanlar arasında futbolçularla yanaşı, bəzi məşqçilər və menecerlər də var. Onların Albaniya, Bolqarıstan və tanınmamış Şimali Kiprdə fəaliyyət göstərən qeyri-qanuni mərc saytlarında oyunlara pul qoyduqları bildirilir.

Mətbuat Super Liqadan adları İntizam Şurasına göndərilən futbolçuların bir qisminin adlarını açıqlayıb.

Bunlar - Kerem Kayaarası ("Antalyaspor"), Ersin Destanoğlu və Necip Uysal (hər ikisi "Beşiktaş"ın futbolçularıdır), Enes Keskin, Yusuf Özdemir, Bedirhan Özyurt, İzzet Çelik (hər dördü "Alanyaspor"da çıxış edir), Efe Doğan və Furkan Orak (hər ikisi "Rizespor"), Eren Elmalı, Metehan Baltacı (hər ikisi "Galatasaray"), Nazım Sangare ("Gaziantep" FK), Muhammet Taha Güneş ("Gaziantep" FK), İzzet Furkan Malak, Uğur Kaan Yıldız ("Göztepe"), Ege Albayrak və Ali Emre Yanar ("Kasımpaşa"), Celil Yüksel ("Samsunspor"), Abdulsamet Burak və Berkan Aslan ("Kayserispor"), Boran Başkan və Salih Malkoçoğlu ("Trabzonspor"), Adil Demirbağ və Alessane Ndao ("Konyaspor") və digər futbolçulardır.

Избранный
14
3
far.az

10Источники