İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini karyerasını Qətərdə davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 60 yaşlı çalışdırıcı “Əl-Sədd” klubuna rəhbərlik etməyə razılıq verib.
Müqavilənin detallarına əsasən, tərəflər arasında rəsmi imza mərasimi yekun danışıqlardan sonra keçiriləcək, həmçinin sənəddə Mançininin 2026-cı ilin yayında klubdan ayrılmaq hüququ yer alacaq.
Hazırda “Əl-Sədd” Qətər liqasının turnir cədvəlində 9 oyundan sonra 6-cı pillədə qərarlaşıb və lider “Əl-Ğarafa”dan 8 xal geri qalır.
Roberto Mançini ən son Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi kimi fəaliyyət göstərib.