RU

Dünyada pulla bağlı bu proses gözlənilir KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

“Hazırda iqtisadçılar arasında pulun gələcəyi və oynayacağı rol ilə bağlı dünyada müxtəlif müzakirələr gedir. Bu gün dövriyyədə olan kağız pulları 1971-ci ilə qədər müxtəlif formalarda təhvil verib əvəzində dövlətdən qızıl almaq olurdu”.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin üzvü, deputat Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, artıq 50 ildən çoxdur ki, pulun arxasında qızıl və ya hər hansı maddi bir varlıq dayanmır: “Milli valyutaların dollar, avroya nisbətdə məzənnəsi müəyyən edilir, dollar və avronun isə dəyəri qızıl ilə bağlı deyildir.

Yaxın gələcəkdə dünyada pulun formasınının dəyişəcəyi artıq real görünür. Yeni bir fikir hökmran olmağa başlayır ki, yeni pul vahidi WATT (elektrik gücü) ola bilər. Yəni, kimin elektrik enerjisi çoxdursa, o varlı sayılacaq. Və dünya ticarəti və mübadiləsi enerji vahidi üzərindən reallaşacaqdır.

Dünyanın idarə olunmasında əsas güc olacaq Süni İntellektin “oksigeni” məhz enerjidir”.

Deputatın fikrincə, təbii ki, bu yeni pul vahidinin işləmə mexanizmi üzərində çox təhlillər gedəcək: “Amma bu koneksdə Azərbaycanın yaşıl enerjiyə bu qədər investisiya cəlb etməsi gələcək baxımından çox perspektivli görsənir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
2
konkret.az

3Источники