Növbəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə bəlli olub.
İdman.Biz bildirir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
O, AZƏRTAC-a açıqlamasınnda VII İslamiadaya 2029-cu ildə Malayziyanın ev sahibliyi edəcəyini bildirib.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilir.