RU

Suriya prezidentinin Ağ Evdə Trampla görüşdü -YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüş keçirib.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Əl Şaraa artıq Ağ Evi tərk edib.

Agentlik görüşün təfərrüatlarını açıqlamayıb, danışıqlar mətbuat üçün qapalı şəkildə baş tutub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Dəməşqə qarşı sanksiya rejiminin və ixrac nəzarəti tədbirlərinin yumşaldıldığını bəyan etmişdi.

***

21:34

Suriya prezidenti Əhməd əl-Şaraa hazırda Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlar aparır.

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri Suriya prezidentinin Vaşinqtona ilk rəsmi səfəridir.

Ağ Ev rəsmisi də “Reuters“ə Əş-Şaraa və Tramp arasında görüşün başladığını təsdiqləyib.

Избранный
6
8
redaktor.az

10Источники