RU

Tehran boşaldıla bilər Pezeşkiandan qorxunc proqnoz

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İranda son onilliklərin ən ağır quraqlığı müşahidə olunur. Tehranı su çatışmazlığı səbəbindən evakuasiya etmək planı gündəmdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC”nin məlumatında deyilir.

Ölkədə rekord dərəcədə az yağıntı nəticəsində ölkənin su anbarları demək olar ki, tam boşalıb. Hakimiyyət vətəndaşları su ehtiyatı toplamağa çağırır.

Prezident Məsud Pezeşkian bəyan edib ki, vəziyyət kritik həddə çatarsa, Tehranın boşaldılması labüd ola bilər. Paytaxtda su paylanmasına qoyulan məhdudiyyətlərin isə fəlakətin qarşısını almaq üçün kifayət etməyəcəyi bildirilir.

Rəsmilər artıq həddindən artıq su sərf edən ailə və müəssisələrə cərimə tətbiq ediləcəyini açıqlayıblar.

Ekspertlər bildirirlər ki, böhranın əsas səbəbi təkcə yağıntı azlığı deyil. Tehranın yüzillik su infrastrukturu köhnəlib, sistemdə saysız-hesabsız sızmalar var. Bundan başqa, İsraillə 12 günlük müharibə də su təchizatına ciddi təsir göstərib.

Meteoroloqlar yaxın 10 gün ərzində yağıntı gözlənilmədiyini, su qıtlığının artıq paytaxt sakinlərinin gündəlik həyatına təsir etdiyini bildiriblər.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
globalinfo.az

1Источники