Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan millisinin və Türkiyə Birinci Liqasında çıxış edən "Sivasspor"un şərəfini qoruyan Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Haqqında cinayət işi açılan futbolçunun 3 aydan 1 ilə qədər cəza alması gözlənilir. Həmçinin o, istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıb.
Xatırladaq ki, Mert Çelik Azərbaycan milli komandasında yalnız bir oyunda meydana çıxıb. O, bu il Belarusla keçirilən (0:2) yoldaşlıq görüşündə forma geyinib. Futbolçu bundan əvvəl Azərbaycanın U-21 yığmasının, eləcə də “Neftçi” və “Səbail” klublarının heyətində çıxış edib.
"Sumqayıt"ın legionerləri milliyə çağırılıblar
"Sabah"dan "Fiorentina"ya - Rəsmi
AMADA “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
Millimizin heyəti açıqlanıb
“Sabah”da yubiley
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.