RU

Azərbaycan millisinin üzvü mərc oyunlarında iştirak edirmiş

style='margin-bottom:10px;'>

Türkiyə Futbol Federasiyası Peşəkar Liqa ilə bağlı araşdırması çərçivəsində mərc oyunlarında iştirak edən 1024 futbolçunun adını açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mərc oyunlarında iştirak edənlərin siyahısında Azərbaycan millisinin üzvü Mert Çelik də var. “Neftçi” və “Səbail”in sabiq müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib. 

Mert hazırda Türkiyə 1-ci liqası təmsilçisi “Sivasspor”un formasını geyinir.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində 1 matça çıxıb. 25 yaşlı futbolçu bu il Belarusla (0:2) yoxlama matçında forma geyinib.

Избранный
64
6
teleqraf.com

8Источники