RU

Britaniyanın son vertolyot fabriki bağlanmaq təhlükəsi ilə qarşı-qarşıyadır

İtaliya müdafiə qrupu Leonardoya məxsus Britaniyanın son vertolyot fabrikinin taleyi uzun müddət hökumət dəstəyinin olmaması səbəbilə təhlükə altındadır.

APA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Leonardo şirkətinin baş direktoru Roberto Cingolaniyə istinadən məlumat yayıb.

"İtaliya müdafiə qrupunun rəhbəri Leonardo xəbərdarlıq edib ki, ölkənin istismardan çıxarılmış döyüş vertolyotlarını əvəz etmək üçün milyard funt sterlinq (təxminən 1,3 milyard dollar) müqavilə almayacağı təqdirdə, Britaniyanın son vertolyot fabrikinin gələcəyi təhlükə altındadır", - məlumatda deyilir.

Söhbət Leonardonun Somersetdəki Yeovil fabrikindən gedir. Cingolaninin sözlərinə görə şirkət 14 ildir Britaniya hökumətindən heç bir müqavilə almayan Yeovilə daimi olaraq subsidiya ayıra bilməz.

Избранный
37
1
apa.az

2Источники