"Marvel"in ulduzu Ceremi Renner cinsi təcavüzdə ittiham olunur.
Ölkə.az xəbər verir ki, onun keçmiş sevgilisi, rejissoru İ Çou, aktyorun dəfələrlə ona özünün uyğunsuz şəkillərini göndərdiyini, həmçinin zorakılığa səbəb olduğunu və münasibətləri pozulmağa başlayanda onu immiqrasiya rəsmilərinə təhvil verməklə hədələdiyini iddia edib.
O əlavə edib ki, bu, hamısı deyil. Qadın həmçinin Rennerin ona qarşı qəddarlığını da bildirib. O deyib ki, bir dəfə evində bir şüşə şərab içərkən hadisə yaşanıb.
İ Çounun sözlərinə görə, aktyor uzun müddət qeyri-müəyyən üsullarla - ona ədəbsiz foto və videolar göndərərək, ciddi münasibət və karyera dəstəyi vəd edərək onu təqib edib. O, razılaşıb, lakin Cereminin film layihələrini dəstəkləməyə razılıq verən "müqavilə" imzalamasına icazə verməyi təklif edib.
Təbii ki, heç kim heç nə imzalamayıb və indi rejissor Rennerin ona göndərdiyi bütün materialları açıqlamaqla hədələyib.
Renner və onun nümayəndələri bu iddiaları təkzib etməyə çalışıblar. Onlar "Page Six"ə bildiriblər ki, "İttihamlar tamamilə yalan və həqiqətə uyğun deyil".(axsam.az)