Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarının ilk günlərində uğurlu çıxışları ilə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün möhtəşəm bir qələbənin şahidi olduq. Azərbaycan cüdoçuları komanda hesabında çempion oldular,
Özbəkistan kollektivinə 4:0 hesabı ilə qalib gəldilər. Ölkəmizdə cüdonun inkişafı bizə beynəlxalq yarışlarda yüksək yer tutmağa kömək edir", - MOK rəsmisi deyib.
O, qeyd edib ki, güləş və idmanın digər başqa növlərində də idmançıların uğurla çıxış edəcəyinə əmindir:
"Ümid edirəm ki, Azərbaycan idmançıları bütün yarışlarda üstünlük qazanacaqlar".
Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Görüş Azərbaycan millisinin Özbəkistan kollektivi üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.