RU

Əl Şaraa: “Bəşər Əsəd cavab verməlidir”

BAKI, 11 noyabr. TELEQRAF

Suriyanın hazırkı rəhbərliyi keçmiş dövlət başçısı Bəşər Əsəd da daxil olmaqla məsuliyyətə cəlb edilməli olan şəxslərin müəyyən edilməsi üçün xüsusi komissiya yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya müvəqqəti prezidenti Əhməd Əl Şaraa "Fox News"a müsahibəsində bildirib.

“Ədalət bərqərar olmalıdır. Biz ədalət məsələləri üzrə komissiya yaratdıq ki, törədilən hərəkətlərə görə bütün məsul şəxslər, o cümlədən Bəşər Əsəd cavab versin,” - Əl Şaraa deyib.

O, həmçinin vurğulayıb ki, Suriya rəhbərliyi üçün Əsədin məsuliyyətə cəlb olunması məsələsi hələ də prioritetdir.

Избранный
62
2
teleqraf.com

3Источники