RU

İsveç gender bərabərliyi sahəsində mövqelərini itirir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 11 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

“Allbright” Fondu Skandinaviya ölkələrindəki şirkət rəhbərliklərində gender bərabərliyinə dair yeni hesabat təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədqiqat İsveçdə bu sahədə irəliləyiş tempinin zəiflədiyini, Norveçdə isə 2006-cı ildə qəbul edilmiş kvota qanunu sayəsində ən böyük uğura nail olduğunu göstərir.

İsveç şirkətlərinin idarə heyətlərində qadınların payı 37 faizdən 36 faizə enib, lakin icraedici komandalar səviyyəsində bu göstərici 1 faiz artıb. Bununla belə, əsas vəzifələrdə hələ də kişilər üstünlük təşkil edir. Norveçdə idarə heyətlərinin 41 faizi, Danimarkada isə yalnız 30 faizi qadınlardan ibarətdir. Lakin hazırda ən sürətli irəliləyiş məhz Danimarkada müşahidə olunur. Son üç ildə ölkədə rəhbər vəzifələrdə qadınların payı 15 faizdən 23 faizə yüksəlib.

Fondun rəhbəri Amanda Lundeteq qeyd edir ki, İsveç üçün kvota sistemi universal həll deyil, çünki ölkədə artıq müəyyən səviyyədə gender bərabərliyi əldə olunub. O, sistemli yanaşmanın vacibliyini vurğulayır, yəni şirkətlər üçün məcburi hədəflərin müəyyənləşdirilməsi, hesabatlılıq mexanizmlərinin tətbiqi və analıq məzuniyyətinin kişilər və qadınlar arasında daha ədalətli bölüşdürülməsi zəruridir.

Fond xəbərdarlıq edir ki, bir çox Avropa ölkəsi gender bərabərliyində sürətli inkişaf fonunda Skandinaviya bu sahədə qlobal lider statusunu itirmək riski ilə üz-üzədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
71
1
azertag.az

2Источники