Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dannövbəti dəfə təyinat alıb.
Trend-inməlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalararasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın14-də keçiriləcək Türkiyə-Ukrayna görüşünün hakim-inspektoruolacaq.
H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “KasımpaşaRecep Tayyip Erdoğan” stadionunda baş tutacaq.