RU

Türkiyədə 4,9 maqnitudada zəlzələ olub

Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub.

 

Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də qeydə alınıb.

 

Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib.

 

Yeraltı təkanlar ətraf vilayətlərdə hiss olunub.

 

Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir.

 

Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.

Избранный
27
4
senzor.az

10Источники