RU

Yaş artacaq, ya məbləğ? - Pensiya sistemində dəyişiklik

Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var.

Bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.

Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığınıqiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir.

Asılılıq əmsalı - sosial sığorta haqqı ödəyən şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici 2024-cü ilin əvvəlinə 54,2%, ilin sonuna isə 51,7% təşkil edib.

Hesablama Palatası qeyd edir ki, bu göstəricidə müəyyən müsbət meyil müşahidə olunsa da, pensiya sisteminin maliyyə sabitliyini təmin etmək üçün əlavə hüquqi baza və mexanizmlərin yaradılması zəruridir.

Qurumun fikrincə, əmək bazarının rəsmləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək baxımından əsas istiqamətlərdən biri olmalıdır.

Ölkəmizdə hansı pensiya islahatına ehtiyac var? “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması bu sahədə əsas problemlərdən biridir.

Onun sözlərinə görə, Azərbaycanda məşğul əhalinin yalnız 30-35 faizi rəsmidir:

“Hesablama Palatasının səsləndirdiyi fikirlərə əsasən aydın görünür ki, ilk növbədə məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərin sayı artmalıdır.

Çünki hazırda bu ödəyicilərlə məşğul əhali arasında ciddi fərq var. Əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması burada əsas problemlərdən biridir.

Təcrübə göstərir ki, Azərbaycana bənzər iqtisadiyyatlarda məşğul əhalinin təxminən 70-80 faizi muzdlu çalışan, əmək müqaviləsi ilə rəsmiləşdirilmiş şəxslərdən ibarət olur. Azərbaycanda isə bu göstərici cəmi 30-35 faiz ətrafında dəyişir. Bu, özü bir indikatordur ki, məşğul şəxslərin əhəmiyyətli bir hissəsinin əmək münasibətləri qanuniləşmir”.

İqtisadçı-ekspert qeyd edib ki, ikinci məsələ xüsusilə özəl sektorda daha geniş yayılmış pozuntu ilə bağlıdır:

“Bu, əməkhaqqılarının məbləğinin tam şəkildə qanuniləşdirilməməsidir. Bir çox özəl sahibkarlıq subyektləri əmək münasibətlərini yalnız minimum əməkhaqqı tələbi çərçivəsində rəsmiləşdirirlər. Məsələn, hazırda əksər əmək müqavilələri təxminən 400 manat məbləğində rəsmiləşdirilir.

Bu isə formal olaraq əmək münasibətlərinin rəsmiləşdirilmiş kimi görünməsinə baxmayaraq, real əməkhaqqı məbləğinin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta yığımlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu da ikinci mühüm problemdir”.

Rəşad Həsənov əlavə edib ki, üçüncü məsələ torpaq mülkiyyətçiləri və onların sosial sığorta haqqı ödənişi sistemi ilə bağlıdır:

Избранный
42
sportinfo.az

1Источники