RU

Vaşinqtonda tarixi görüş: Tramp Suriya üçün yeni səhifə açdı

ABŞ prezidenti Donald Tramp Suriya lideri Əhməd əl-Şaraa ilə Ağ Evdə keçirdiyi tarixi görüşdən sonra mətbuata açıqlama verib.

Modern.az-ın məlumatına görə, Tramp Suriyanın “uğuru üçün əlindən gələni edəcəyini” bəyan edib.

Görüş Suriya prezidentinin ABŞ-a ilk səfəri kimi tarixə düşüb.

Tramp Şaraanı “güclü lider” adlandırıb: “Biz Suriyanın uğuru üçün hər şeyi edəcəyik. Hər kəsin çətin keçmişi olub, amma indi yeni səhifə açmaq zamanıdır.”

Görüş zamanı Şaraanın əsas məqsədlərindən biri ABŞ-ın tətbiq etdiyi “Sezar Sanksiyaları Aktı”nın tam ləğvini təmin etmək olub. Hazırda Maliyyə Nazirliyi bu qanunun icrasını 180 gün müddətinə dayandırsa da, onun tam ləğvi üçün Konqresin qərarı tələb olunur.

Keçmişdə “əl-Qaidə” sıralarında döyüşən və bir müddət ABŞ həbsxanasında saxlanılan Şaraa ötən il Bəşər Əsədi devirdikdən sonra hakimiyyətə gəlib. Onun rəhbərliyi dövründə Suriya İran və Rusiyadan uzaqlaşaraq Türkiyə, Körfəz ölkələri və ABŞ-la əlaqələri bərpa etməyə başlayıb.

ABŞ administrasiyası Suriya və İsrail arasında təhlükəsizlik sazişi üzərində də vasitəçilik edir. Qərb mətbuatının məlumatına görə, ABŞ Dəməşqdəki hərbi bazada məhdud kontingent yerləşdirməyi planlaşdırır.

Tramp bəyan edib ki, sanksiyaların yüngülləşdirilməsi Suriyanın iqtisadi dirçəlişi üçün vacibdir. Dünya Bankının hesablamalarına görə, 14 illik müharibədən sonra Suriyanın bərpası 200 milyard dollardan çox vəsait lazımdır.

Избранный
54
modern.az

1Источники