RU

ATP Yekun çempionatında iki azarkeş dünyasını dəyişib

İtaliyanın Turin şəhərində keçirilən ATP Yekun çempionatında 70 və 78 yaşlı iki azarkeş dünyasını dəyişib.

Bu barədə İdman.Biz “La Gazzetta dello Sport”a istinaən məlumat verir.

Məlumata görə, 78 yaşlı azarkeş italyan Lorenzo Musetti ilə amerikalı Teylor Fritz arasında keçirilən matç zamanı tribunada huşunu itirib. Daha əvvəl isə 70 yaşlı bir kişinin arenanın yaxınlığındakı azarkeş zonasında halı pisləşiib. Hər iki azarkeş xəstəxanaya yerləşdiriliblər, lakin onları xilas etmək mümkün olmayıb.

ATP Yekun çempionatı 9-16 noyabr tarixləri arasında keçirilir. Hazırkı qalib italyan Yannik Sinnerdir. O, ötənilki finalda Teylor Fritzi məğlub edib.

İdman.Biz

Избранный
29
1
idman.biz

2Источники