RU

Robert Levandovski gələn yay karyerasını bitirməyi düşünür

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Barselona"nın hücumçusu Robert Levandovski mövsümün sonunda karyerasını bitirməyi düşünür. Sport24.az "Diario Sport"a istinadən xəbər verir ki, 37 yaşlı polşalı futbolçu "Barselona"da qala bilməsə və başqa təklif almasa, gələn yay butslarını mismardan asmağa hazırdır.

Mənbənin sözlərinə görə, Levandovski və ailəsi Barselonada özlərini evdəki kimi hiss edir və orada yaşamaqdan məmnundular. Səudiyyə Ərəbistanı kimi böyük maaşlı ekzotik liqaya keçmək Levandovskinin planlarına daxil deyil. şey deyil, buna görə də o, yalnız "Barselona"nı və ya təqaüdə çıxmağı düşünür. 

Qeyd edək ki, hücumçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır. Bir müddət əvvəl mətbuatda "Barselona" rəhbərliyinin təcrübəli hücumçunun müqaviləsini yeniləməmək qərarına gəldiyi barədə xəbərlər yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
sport24.az

1Источники